Araqçıdan xəbərdarlıq: “Bu addımı atmaq üçün ABŞ və İsrail dəli olmalıdır”backend

Araqçıdan xəbərdarlıq: "Bu addımı atmaq üçün ABŞ və İsrail dəli olmalıdır"

“İranın nüvə obyektlərinə hücum etmək qərarı vermək üçün İsrail və ABŞ dəli olmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyinb.

O bildirib ki, bu addım region üçün çox ciddi fəlakət demək olacaq.

“İstənilən belə hücum dərhal güclü cavab tədbirləri ilə nəticələnəcək. Amma onların belə dəlilik edəcəklərini düşünmürəm. Bu, həqiqətən bütün regionu çox ciddi fəlakətə sürükləyə bilər”, – deyə Araqçı vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*