ARB qonağı efirdən qovan tanınmış aparıcı ilə bağlı QƏRAR VERƏCƏKbackend

ARB qonağı efirdən qovan tanınmış aparıcı ilə bağlı QƏRAR VERƏCƏK

Ötən gün ARB telekanalında Zaur Kamalın aparıcısı olduğu “Həmin Zaur” verilişində qalmaqallı hadisə baş verib. Belə ki, teleaparıcı əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovub.

Bu olay əksər izləyicilərin etirazına səbəb olub. Bildirilir ki, Zaur Kamalın qonağa qarşı davranışı etikadan kənar olduğundan, ARB telekanalı onunla bağlı cəza tədbiri görməlidir.

KONKRET.az xəbər verir ki, efirdə baş verən hadisə ilə bağlı Modern.az-a açıqlama verən ARB telekanalının mətbuat katibi  Mail Əsgərov  məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

“Araşdırmaların yekunu olaraq hansı tədbirin görülüb-görülməməsi ilə bağlı qərar veriləcək. Bir tərəfin mövqeyini dərc etmək düzgün deyil. Bu səbəbdən araşdırılmalar aparılıb, təfsilatlar üzə çıxarılacaq. Son məlumat isə  mətbuata çatdırılacaq”, – deyə mətbuat katibi vurğulayıb.

 

  • Ismayil
    İyul 1, 2022 - 12:22

    Cox pis

  • Gündüz
    İyul 2, 2022 - 08:24

    Bunun bütün hərəkətləri danışıq tərzi bizim mədəniyyətimizə ziddir yaraşmır. Bunu destekleyende bunun tayıdır

  • Ramil
    İyul 2, 2022 - 12:19

    Afşini Azərbaycanda çox yaxşı tanıyırlar və Zaurun etdiyi hərəkət çox etikadan kənardı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*