Arestoviç: “Mariupol uğrunda döyüşlərdə Rusiyanın 6 minə yaxın hərbçisi öldürülüb”backend

Arestoviç: "Mariupol uğrunda döyüşlərdə Rusiyanın 6 minə yaxın hərbçisi öldürülüb"

Ukraynada Mariupol uğrunda küçə döyüşlərində Rusiyanın 6 minə yaxın hərbçisi öldürülüb.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Zərərsizləşdirilən hərbçilər arasında ən yaxşı kadrlar olub – xüsusi təyinatlılar, tank alayları, dəniz piyadaları və s”, – Arestoviç bildirib.

Onun sözlərinə görə, qarşıdakı üç gün Rusiyanın Lisiçansk və Severodonetski mühasirəyə almasının nəticələrini görəcək.

Xatırladaq ki, bundan əvvəl Mariupolda yalnız Azov döyüşçülərinin 2 500-ə yaxın hərbçini məhv etdiyi, daha 5 000-ə yaxınını isə yaraladığı bildirilirdi.

Qeyd edək ki, bir neçə ay tam mühasirədə vuruşan Mariupolun müdafiəçiləri daha sonra təslim oldular. Bu gün Fransa və Almaniya liderləri Rusiya Prezidenti Vladimir Putindən 2 500 ukraynalı müdafiəçini azad etməyi tələb ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*