Arıqlamaq üçün qəhvə içinbackend

Arıqlamaq üçün qəhvə için

İsveçin Karolinska Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, tərkibində kofein olan aşağı kalorili içkilər arıqlamaq üçün yaxşı vasitə ola bilər.

KONKRET.az xəbər verir ki, alimlərin elmi işi “BMJ Medicine” jurnalında dərc olunub.

Alimlər 2-ci tip diabetdən və artıq çəkidən əziyyət çəkən 10 min insanın sağlamlıq göstəricilərini təhlil ediblər.

Məlumatların təhlili göstərib ki, süd və ya şəkərsiz gündə dörd fincan qəhvə içmək onların bədən kütləsi indeksinə müsbət təsir edib və 2-ci tip diabetin inkişaf riskini azaldıb. Müəlliflərin fikrincə, bu, qəhvənin tərkibində maddələr mübadiləsi üçün faydalı olan çoxlu mikroelementlər və antioksidantların olması ilə bağlı ola bilər. Bunlara kalium, maqnezium, niasin və başqaları daxildir.

Bununla belə, elm adamları kofein səviyyələri ilə ürək-damar xəstəliklərinin inkişafı riskləri arasında əlaqə müəyyən etməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*