Ermənistanın keçmiş deputatı və siyasi şərhçi Arman Abovyan cəmiyyətin mənəvi vəziyyəti ilə bağlı diqqətçəkən paylaşım edib.
KONKRET.az xəbər verir ki, Abovyan bildirib ki, istənilən cəmiyyətdə satqınlar, qorxaqlar, nifrətlə yaşayan insanlar olduğu kimi, vicdanlı, cəsur və ləyaqətli insanlar da mövcuddur.
Onun sözlərinə görə, son illərdə Ermənistanda baş verən hadisələr insanların əsl simasını üzə çıxarıb.
“Biz xəyanəti və alçaqlığı haqq qazandıran, öz kilsəsinə və vətəninə nifrət edən insanları da gördük. Eyni zamanda, vətənə sədaqət, mərdlik, nəciblik və fədakarlıq nümayiş etdirən insanlarla da qarşılaşdıq”, – deyə Abovyan qeyd edib.
Siyasətçi vurğulayıb ki, ən böyük sınaq insanın məhz çətin dövrlərdə öz mənəvi dəyərlərinə sadiq qalmasıdır.
“Ən çətini insanın ətrafında qeyri-insanlar olduğu halda insan olaraq qalmasıdır. Mən xəyanət edənlərə nifrət edir, insanlığını qoruyanların qarşısında isə baş əyirəm”, – deyə o bildirib.
Abovyan yazısını rus yazıçısı Fyodor Dostoyevskinin məşhur fikri ilə tamamlayıb:
“Xeyirlə şərin sərhədi hər bir insanın qəlbindən keçir.”
Natiq Səlim,
KONKRET.az
