Arman Yeqoyan “mübahisəli ərazilər” ifadəsinə görə Zəngəzurdan qovuldubackend

Arman Yeqoyan "mübahisəli ərazilər" ifadəsinə görə Zəngəzurdan qovuldu

“Mənim addımım” parlament fraksiyasından olan millət vəkili Arman Yeqoyanın Syunik (Zəngəzur-red) bölgəsinə səfəri insidentlə yadda qalıb.

KONKRET.az İrakanum.am saytına istinadən xəbər verir ki, yanvarın 1-də Arman Yeqoyan Ermənistanın Syunik bölgəsində (Zəngəzur) səfərdə olub. Onun “Syunik bölgəsinin bu mübahisəli əraziləri Azərbaycan tərəfinə aiddir” fikri ermənilər tərəfindən hiddətlə qarşılanıb.

“Nikol Paşinyanın silahdaşının bu sözlərindən sonra bir qrup sakin Yegoyanın yaxasından çəkərək, onu bölgəni tərk etməyə məcbur edib. Syunik sakinləri geri çəkilməyəcəklərini bildiriblər. Onlar belə bir tezisi təbliğ edən deputata etirazlarını daha sərt şəkildə ifadə ediblər. Ona görə də Yeqoyan Syuniki tərk etmək məcburiyyətində qalıb”, – deyə sayt yazıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*