KONKRET.az xəbər verir ki, Ermənistanın “168 Jam” saytına istinadən yazır ki, son zamanlar hökumət dairələrində iki keçmiş prezident – Serj Sarkisyan, Robert Koçaryan və komandaları arasında fikir ayrılıqlarının dərinləşməsi haqqında şayiələr yayılıb.
“168.am” Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyandan həmin şayiələrin nə qədər əsaslı olub-olmadığı barədə soruşub.
Armen Aşotyan cəmiyyədə yayılan belə şayiələrin məqsədli şəkildə yayıldığını vurğulayıb: “Cəmiyyətdəki dərin məyusluq və laqeydlik, habelə ictimai narazılıqlar Nikol Paşinyanın kürsüsünü sarsıdır və qorxularını dərinləşdirir. Həmişəkindən daha çox, o, milliyyətçi və idarəolunmaz hökumətinə qarşı vahid cəbhə ideyasından qorxur. Burada əlbəttə Serj Sarkisyan, Respublikaçılar Partiyası və Robert Koçaryan əsas oyunçu kimi onun yuxularına haram qatıb. Buna görə də Paşinyanın təbliğat “fabriki” süni gündəm yaratmağa və yaymağa başlayıb”.
Armen Aşotyan onu da bildirib ki, “Biz Robert Koçaryana qarşı prosesin konstitusiyaya zidd olduğunu bütün demokratik dünyaya car çəkəcəyik. Koçaryanın siyasi proseslərdə fəallığını səsləndirməklə həm ölkə daxilində, həm də xaricində öz müsajlarımızı verəcəyik”.