İşçi dövriyyəsi və işçilərin vəzifədə saxlanılması ilə bağlı yeni standart hazırlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, AZS ISO/TS 30421:2025 “İnsan resurslarının idarəedilməsi”, “İşçi dövriyyəsi və işçilərin vəzifədə saxlanılması göstəriciləri” standartı işçi qüvvəsinin dövriyyəsi və vəzifədə saxlanılması üzrə ölçmələri müəyyən edir.
Standart daxili və xarici hesabatvermə üçün müqayisəolunan göstəricilərin təqdim edilməsini nəzərdə tutur.
Sənəddə əldə olunan məlumatların şərhi, müvafiq tədbirlərin müəyyənləşdirilməsi, həmçinin tənzimləyici orqanlar, investorlar və digər xarici maraqlı tərəflərə hesabatvermə zamanı nəzərə alınmalı məsələlər də əhatə olunur.
