“Arsax”da həyatı əvvəlki kimi olan bir nəfər də tanımıram – Abramyanbackend

"Arsax"da həyatı əvvəlki kimi olan bir nəfər də tanımıram - Abramyan

“Müharibədən sonrakı “Arsax”da həyat hər mənada alt-üstdür”.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bu fikirləri bu günlərdə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Milli Təhlükəsizlik Xidmətinin “Anaket” analitik mərkəzinin rəhbəri Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

Abramyanın yazdığına görə, o və baş nazir vəzifəsinə namizəd Artur Vanetsyan Qarabağa gəliblər. Onlar burada gördüklərindən dəhşətə düşüblər.

Tiqran Abramyan yazır:

“”Arsax”da ailəsində, qohumları arasında, yaxud yaxın çevrəsində həlak olmayan və həyatı əvvəlki kimi olan bir adam belə tanımıram”.

Daha sonra “Arsax”da insanların “düşmən”lə – Taqavard, Karmir Şuka kəndlərində, Xankəndi, Əsgəran, Ağdərə və Martuni şəhərlərinə qədər yan-yana yaşadıqlarını və bunun “təhlükəli” olduğunu vurğulayır.
“Deməli, mövcud reallıqla və hər hansı müqavilələrlə razılaşmamalıyıq. “Arsax”ın əvvəlki sabit inkişaf, sülh və təhlükəsizliyi qaytarılmalıdır”, deyə Abramyan sərsəmləyib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*