backend

Arsen Babayan həbsdən azad edildi

Ermənistan parlamentinin keçmiş aparat rəhbərinin müavini Arsen Babayan barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. Bunu Ermənistanın Baş Prokurorunun müşaviri Gor Abramyan açıqlayıb.

Onun sözlərinə görə, Xüsusi İstintaq Xidmətinə Babayan barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirmək üçün zəruri prosedur tədbirlərini ən qısa müddətdə həyata keçirmək tapşırılıb: “Ermənistan Helsinki Komitəsinin rəhbəri Avetik İşxanyanın və deputat Sisak Qabrielyanın şəxsi təminatını, həmçinin hər birinin 500 min dramın ödənilməsi barədə təqdim etdikləri şəhadətnamələri nəzərə alaraq, noyabrın 12-də həbs qətimkan tədbirindən şəxsi zəmanət ilə azadlığa buraxılması barədə qərar qəbul edildi. Qərarın surəti icra üçün cəzaçəkmə müəssisəsinə göndərildi”.

KONKRET.az xatırladır ki, oktyabrın 21-də, Ermənistan parlamentinin aparat rəhbərinin keçmiş müavini Arsen Babayan deputat Arman Babacanyanın ifadəsi əsasında hakimiyyəti qəsb etmə cinayət işində şübhəli bilinərək tutulmuşdu. Oktyabrın 24-də İrəvanın ümumi ədliyyə məhkəməsi müstəntiqin Arsen Babayanın iki ay müddətinə həbs olunması barədə vəsatətini təmin etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*