Artyom Pilin: “Bu tarixdən Qarabağ Azərbaycanın nəzarətində olacaq”backend

Artyom Pilin: "Bu tarixdən Qarabağ Azərbaycanın nəzarətində olacaq"

“Rusiyanın marağı nəqliyyat komponentinin inkişafında, Rusiyanı Azərbaycanla Ermənistanı birləşdirəcək marşrutların tikintisindədir. İndi belə layihələr artıq hazırlanır, xüsusən söhbət Rusiya Federasiyası ilə Ermənistan Respublikasını birləşdirmək üçün Azərbaycan ərazisindən keçən bir dəmir yolunun başlamasından gedir. Bu layihənin həyata həyata keçirilməsi Rusiyanın Azərbaycan, İran, Ermənistan və Türkiyə ilə iqtisadi əlaqələrinə yeni imkanlar açacaq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutu Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Artem Pyilin deyib.

Onun fikrincə, Cənubi Qafqazda nəqliyyat bloklarının götürülməsi həm də humanitar böhranı aradan qaldıracaq: “Qarabağın Rusiyadan humanitar yardım alan hissə də daxil olmaqla bütöv Dağlıq Qarabağ Azərbaycanın nəzarətində olacaq. Və bu bölgənin inkişafı Azərbaycanın prioritetləri sırasına çıxacaq. Rusiyanın göstərdiyi humanitar dəstəyin müddətinə gəldikdə, bu müharibənin nəticələrini necə tez bir zamanda aradan qaldırmağın – torpaqları təmizləməyin mümkün olacağından asılı olacaq. Ona görə də bu gün əsas məqsəd infrastrukturu və yaşayış binalarını təmir etmək  və bölgədəki insanların yaşayışı üçün minimum səviyyəni bərpa etməkdir”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*