Arutyunyan rus sülhməramlılarına qarşı təxribat hazırlayırbackend

Arutyunyan rus sülhməramlılarına qarşı təxribat hazırlayır - ERMƏNİ KİV

Arayik Arutyunyan Azərbaycanın ali rəhbərliyinə müraciət edəcək.

KONKRET.az xəbər verir ki, bu xəbəri erməni teleqram kanalları yazıb. Məlumata görə, Arayik televiziyaya verəcək müsahibəsi zamanı Rusiyanı ittiham edəcək.

Xəbərləri şərh edən erməni ekspertlərə görə, Arayik çox gözəl bilir ki, Qarabağ məsələsi artıq həll olunmaq üzrədir, amma bunu etiraf etməyə gücü çatmır. Çünki Arayik həm Rusiyadan qorxur, həm də yerli separatçılardan. “Onun bugünkü bəyanatının əsas məqsədi Azərbaycana rəğbət bəslədiyini önə çəkməkdir. O, Qarabağ ermənilərini təslim olmağa və Azərbaycanın şərtləri ilə razılaşmağa çağıracaq. Arutyunyan rus sülhməramlılarını gözdən salmaq üçün bir sıra arqumentlər də gətirəcək.

Qarabağda Rusiyaya qarşı daha bir təxribat hazırlanır. Cümə günü rusofob Artur Osipyan Qarabağdakı rus bazasına gedib. Burada Osipyan üçün vəziyyət, necə deyərlər, ürəkaçan deyil. Rusiya üçün daha pis vəziyyət Arayik Arutyunyana sərfəlidir, amma Osipyan kimilər üçün deyil. Arayikin planları Amerikada hazırlanıb deyə çox arxayındır”.

Amma separatçılara görə, “Arutyunyan siyasi intriqaları davam etdirməklə güc toplayır, səhvlərini və günahlarını etiraf etmək əvəzinə, Xankəndini xilas etmək əvəzinə öz dərisini xilas etməyə çalışır”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*