Venesuelada baş verən güclü zəlzələdən sonra ölkənin bəzi bölgələrində səmanın qırmızı rəngə boyandığı müşahidə olunub.
KONKRET.az xəbər verir ki, bu barədə VTV telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, qırmızı səma optik və meteoroloji hadisə nəticəsində yaranıb.
Mütəxəssislər bildiriblər ki, bu hal havada yüksək konsentrasiyada toz, qum və digər mikroskopik hissəciklərin toplanması ilə əlaqədardır.
Xatırladaq ki, Venesuelada son 126 ilin ən güclü zəlzələsi iyunun 24-də qeydə alınıb. Yarakuay ştatında ardıcıl olaraq 7,2 və 7,5 maqnitudalı yeraltı təkanlar baş verib.
Hadisə nəticəsində 1 943 nəfər həyatını itirib, 10 571 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda 50 minə yaxın insan itkin düşmüş hesab olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
