Ukraynaya hücum Belarusdan yox, bu şəhərdən olacaq – Sırski Putinin planını ifşa etdibackend

Ukraynaya hücum Belarusdan yox, bu şəhərdən olacaq - Sırski Putinin planını ifşa etdi

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Belarusun öz ərazisini Kiyevə qarşı hücum üçün istifadəyə razılaşacağını ehtimal etmədiyini bildirib.

KONKRET. az bu barədə xarici mediaya istinadən xəbər verir.

Sırskinin sözlərinə görə, daha real ssenari Rusiyanın Bryansk vilayətindən Çerniqov istiqamətində mümkün hücumudur.

O, qeyd edib ki, müxtəlif məlumatlar Rusiyanın Bryansk vilayətindən mümkün hücum ehtimalını daha real olduğunu göstərir.

Baş komandanın fikrincə, bu hücumun əsas məqsədi Kiyev deyil, Çerniqov vilayətinə doğru irəliləmək, müəyyən əraziləri nəzarətə götürmək və Ukrayna qüvvələrini əsas cəbhə istiqamətlərindən yayındırmaq ola bilər.

Sırski bildirib ki, belə bir ssenaridə məqsəd cəbhə xəttini genişləndirmək və Ukraynanın ehtiyat qüvvələrini zəiflətməkdir.

Ukrayna ordusu bu ehtimalı nəzərə alaraq hazırlıq işlərini davam etdirir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*