“Arxadan saplanmış daha bir xəncər” – Ermənistanın qərarı rusları ŞOKA SALDI – FOTObackend

"Arxadan saplanmış daha bir xəncər" - Ermənistanın qərarı rusları ŞOKA SALDI - FOTO

“Rusiyaya arxadan saplanmış daha bir xəncər və daha bir müttəfiq”.

KONKRET.az xəbər verir ki, bu gün Ermənistan Haaqanın orderi ilə Putini həbs edəcək ölkələrə qoşulub.

Ermənistanın Konstitusiya Məhkəməsi Roma Statutunda təsbit olunmuş öhdəlikləri tanıyıb.

Bu o deməkdir ki, əgər Putin Ermənistana getsə, hakimiyyət onu Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməyə borcludur.

Ermənistan Konstitusiya Məhkəməsinin bu qərarı rusları şoka salıb. Rusiya mediası bununla bağlı müxtəlif başlıqlı yazılar dərc edir, fotolar paylaşır.

“Putin Ermənistanda həbs olunacaq. Arxadan saplanmış daha bir xəncər, daha bir müttəfiq”, – deyə Rusiya teleqram kanallarından biri foto dərc edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*