ASAN mərkəzləri beş gün işləməyəcəkbackend

ASAN mərkəzləri beş gün işləməyəcək

Silahlı Qüvvələr Günü və Qurban bayramı ilə əlaqədar olaraq iyunun 26-dan 30-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Bu barədə KONKRET.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iyulun 1-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*