Asiyanın ən zəngin qadını məlum oldubackend

Asiyanın ən zəngin qadını məlum oldu

Çində daşınmaz əmlak sənayesində baş verən durğunluq Asiyanın ən varlı qadınlarının reytinqini dəyişib.

KONKRET.az “Bloomberg” Milyarderlər İndeksinə istinadən xəbər verir ki, hindistanlı Savitri Cindal çinli Yanq Huiyanı geridə qoyaraq Asiyanın ən zəngin qadını olub.

Cindalın 11,3 milyard dollar sərvəti metal və enerji kimi müxtəlif iş sahələrində fəaliyyət göstərən “Jindal Group”a əsaslanır.

Cindal ölkəsinin 10-cu ən zəngin adamıdır. İş qadınının həyat yoldaşı və holdinqin qurucusu OP Cindal 2005-ci ildə helikopter qəzasında həlak olduqdan sonra biznesin başına keçib.

Çinli Yanqın sərvəti isə daşınmaz əmlak sektorundakı fəaliyyətinə əsaslanır. Səhmlərinin 60 faizinə sahib olduğu Çinin ən böyük daşınmaz əmlak şirkəti “Country Garden”də yaşanan geriləmə ilə onun sərvəti 11 milyard dollara düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*