Astarada mikroavtobus aşdı: xəsarət alanlar varbackend

Astarada mikroavtobus aşdı: xəsarət alanlar var

Astarada sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.

Deqədi-Astara istiqamətində hərəkətdə olan “Qazel” markalı marşrut avtobusu Deqədi kəndi ərazisində aşıb.

Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.

Yaralılar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilir.

Qeyd edək ki, hadisə zamanı marşrut avtobusunda 20-yə yaxın sərnişin olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*