Baltik ölkələrində PUA həyəcanı: NATO qırıcıları havaya qaldırıldıbackend

Baltik ölkələrində PUA həyəcanı: NATO qırıcıları havaya qaldırıldı

Litva, Latviya və Estoniyada naməlum pilotsuz uçuş aparatlarının (PUA) hava məkanına daxil olması səbəbindən gecə saatlarında həyəcan elan edilib.

KONKRET.az xəbər verir ki, noyabrın 11-nə keçən gecə Baltikyanı ölkələrin bir sıra bölgələrinin sakinlərinə təhlükəsizlik məqsədilə sığınacaqlarda və digər qorunan yerlərdə qalmaq tövsiyə olunub. Naməlum hava hədəzini izləmək və müşayiət etmək üçün NATO qırıcıları havaya qaldırılıb.

“Reuters” agentliyinin məlumatına görə, ilk xəbərdarlıq Litvada verilib. Ölkənin Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə Milli Mərkəzi (NKVC) ərazinin böyük hissəsində hava təhlükəsi elan edib.

“Delfi.lt” nəşrinin yazdığına görə, PUA və NATO qırıcıları Kaunas şəhərində müşahidə olunub. Bir müddət sonra NKVC pilotsuz uçuş aparatının Litvanın hava məkanını tərk etdiyini açıqlayıb.

Bundan sonra hava hədəfinin izlənməsi Latviya ərazisində davam etdirilib. Ölkənin əvvəlcə şərqində, daha sonra cənubunda və şimalında hava təhlükəsi ilə bağlı xəbərdarlıqlar elan olunub.

Latviyada həyəcan siqnalı ləğv edildikdən sonra PUA-nın hərəkəti Estoniya ərazisində izlənilib. Bu ölkədə də cənub bölgəsində, eləcə də şimaldakı iki rayonda sakinlərə təhlükə barədə xəbərdarlıq edilib.

Sonradan hər üç ölkənin müvafiq qurumları təhlükənin aradan qalxdığını bildiriblər.

Hadisə zamanı pilotsuz uçuş aparatının vurulması və ya başqa üsulla məhv edilməsi barədə hər hansı məlumat yayılmayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*