Ata övladının sünnət toyunda bacısı oğlu tərəfindən DÖYÜLDÜbackend

Ata övladının sünnət toyunda bacısı oğlu tərəfindən DÖYÜLDÜ

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sənan Əliyevə (bütün soyadlar şərtidir) hökm oxunub.

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, o, 2021-ci ilin 25 dekabr tarixində dayısı Ramazan Quliyevin oğlu Eltaca təşkil etdiyi sünnət toyuna gedib. S.Əliyev orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə dayısının evində daxil olub və orada anası Sərmayə Əliyevanın xalasının telefonu ilə kiminləsə danışdığını görüb. Buna görə o, anası və xalası Hekayətlə mübahisə edib.

Daha sonra isə mübahisəyə dayısı Ramazan qarışıb. O, bacısı oğlu S.Əliyevə anasına və xalasına acıqlanmasından etirazını bildirib. Onlar arasında mübahisə dava ilə nəticələnib. Belə ki, S.Əliyev dayısına sillə vuraraq yerə yıxıb. Daha sonra davaya digər qonaqlar qarışıb. Kənd sakini Həmid Səmədov S.Əliyevi yumruqla vurub. S.Əliyev isə stolun üzərində olan bıçağı götürüb və Həmidə bıçaqla xəsarət yetirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Cinayət Məcəlləsinin 126.2.2-ci və 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*