Atalığının qızına qarşı cinsi təcavüzü illlər sonra yenidən gündəmə gəldibackend

Atalığının qızına qarşı cinsi təcavüzü illlər sonra yenidən gündəmə gəldi

Rejissor Vudi Allenin və aktrisa Miya Ferrounun övladlığa götürdüyü Dilan atalığının uşaq vaxtı ona cinsi təcavüzündən danışıb.

KONKRET.az xəbər verir ki, Dilanın uşaq vaxtı yaşadığı bu hekayə haqqında açıqlamaları böyük səs-küyə səbəb olub.

35 yaşlı Dilan bildirir ki, onun 7 yaşı olarkən atalığı Allen onu çardağa apararaq ona qarşı seksual hərəkətlər edib. NBO telekanalının hazırladığı “Allen Ferrouya qarşı” sənədli filmində bununla bağlı arxiv videogörüntülər qeydə alınıb.

1992-ci ildə çəkilən həmin videoda qız anasına deyir ki, Allen ona qarşı intim hərəkətlər edərkən hərəkət etməməyi bildirib. “Mən istəmirdim ki o, bunu etsin, ana. Bu, mənim xoşuma gəlmirdi”, – deyə Dilan kədərlə bildirir.

Qız həmçinin bildirib ki, Allen onun intim yerlərinə toxunur və atalığı bundan həzz alırdı. Anası Miya soruşanda ki, rejissor qızın daha çox hansı hissəsinə toxunur, Dilan cinsiyyət orqanını göstərir.

Qeyd edək ki, hazırda Allenin 85 yaşı var. O, ikiqat Oskar mükafatçısıdır. Aktrisa Miya Ferrou rejissordan 1992-ci ildə Dilana qarşı onun qəribə hərəkətlərdən şübhələnəndən sonra ayrılıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*