Bakıda güclü yanğın: Helikopter cəlb edildi – Videobackend

Bakıda güclü yanğın: Helikopter cəlb edildi - Video

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində güclü yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, qəsəbə yaxınlığında böyük anbarın yandığı bildirir.

***

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın hadisəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnikası və canlı qüvvəsi cəlb edilib.

***

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*