Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 19-da buraxılış imtahanı keçirib. Bundan bir ay vaxt keçməsinə baxmayaraq, imtahanın nəticələri hələ də açıqlanmayıb.
KONKRET.az xəbər verir ki, yenisabah.az məsələ ilə bağlı DİM-ə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, nəticələr imtahan keçirilən gündən sonrakı 5-6 həftə ərzində elan olunur. Sezar pizza
Qeyd edək ki, aprelin 19-da əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, həmçinin V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçirilib.
İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan Muxtar Respublikasında təşkil olunub.
