“Atam anamı dəfələrlə bıçaqlayıb” – Müğənni Sevda acı həyatından DANIŞDI + VİDEObackend

Atam anamı dəfələrlə bıçaqlayıb” - Müğənni Sevda acı həyatından DANIŞDI  + VİDEO

Müğənni Sevda Sanəliyeva atasının anasını dəfələrlə bıçaqladığını etiraf edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Günün sədası” verilişində danışıb. Sevda anası və qardaşının çox əziyyətlər çəkdiyini deyib:

“Atam üçün oğlan övladı qızdan daha üstün idi. Mənim dörd yaşım olub, döyüləcək yaşda deyildim. Ona görə heç döyülməmişəm. Amma anamla qardaşım çox əziyyət çəkib. Hətta atam anamı dəfələrlə bıçaqlayıb. Atamla anam ölənə qədər boşanmadılar. Düzü, bir qadının övladını tək böyütməsi çox çətindir. İndi mən də uşaqlarımı yalnız böyüdürəm”.

Sanəliyeva valideynlərinin rəhmətə gedənək boşanmadıqlarını bildirib: “Bir qadının övladını tək böyütməsi çətindir. Mən də uşaqlarımı yalnız böyüdürəm. Atam rəhmətə gedəndə məni çağırdı, əvvəl getmək istəmirdim. Sonra getdim, amma çata bilmədim. Dünyasını dəyişmişdi. Mənə nəsə demək istəyirdi, lakin eşidə bilmədim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*