Atası Mişaya müraciət etdi: Aclığı dayandır!..backend

Atası Mişaya müraciət etdi: Aclığı dayandır!..

Hazırda Rustavi şəhərində həbsxanada olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin atası Nikoloz oğluna aclığı dayandırması üçün müraciət edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Nikoloz Saakaşvili Feysbuk səhifəsində yazıb.

“Mişa, sənin 30 günlük misli görünməmiş etirazın seçkilərin səfərbər olunmasına gətirib çıxardı və bu da nəticəyə müsbət təsir etdi. Etirazın bu formasını dayandırmağın və güc toplamağın zamanıdır. Xalqa dəstək lazımdır”, – siyasətçinin atası bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*