ATV-nin keçmiş sahibini məhkəməyə verdilər – İşə Ali Məhkəmədə baxılacaqbackend

ATV-nin keçmiş sahibini məhkəməyə verdilər – İşə Ali Məhkəmədə baxılacaq

“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq sahibi Tağı İbrahimova qarşı məhkəmə iddiası qaldırılıb.

KONKRETaz yeniavaz.com-a istinadən xəbər verir ki, Ali Məhkəmədə baxılacaq məhkəmə işində Qurbanov Şahlar Kamran oğlu iddiaçı, İbrahimov Tağı Hüseyn oğlu, Şahin Mehmet Selahattin, həmçinin “Nehrəm Holdinq Kompani” MMC cavabdeh qismində iştirak edirlər.

Hakim Ələsgər Əliyevin sədrliyi ilə ilk iclas (Baxış iclası) 08.12.2020-ci il tarixində saat 11:20-də keçiriləcək.

Məhkəmə çəkişməsi müqavilənin etibarsız hesab edilməsilə bağlıdır.

Onu da bildirək ki, məhkəmədə cavabdeh olaraq göstərilən “Nehrəm Holdinq Kompani” MMC-nin dövlət büdcəsinə 4 min 282 manat 64 qəpik vergi borcu var.

Məlumat üçün bildirək ki, Tağı İbrahimov tanınmış iş adamı “Avesta Konserni” MMC-nin rəhbəri Hacı İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimovun qardaşıdır. Hacı İbrahim Nehrəmli bir-neçə il əvvəl “Xəzər Adaları” adlı layihəsilə gündəmə gəlib. Bildirilirdi ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikintisinə 2011-ci ildən başlansa da, sonradan yarımçıq saxlanılıb. Hacı İbrahim Beynəlxalq Banka olan borcunu ödəyə bilmədiyi üçün “Xəzər Adaları”nı bu borcun qarşılığında təhvil verdiyini açıqlayıb.

Qeyd edək ki, hazırda “Avesta Konserni” MMC-nin də dövlət büdcəsinə böyük miqdarda vergi borcu var. Bu günə  olan məlumata görə, “Avesta Konserni” MMC-nin də dövlət büdcəsinə 182 min 175 manat 9 qəpik borcu var.

  • Merilya
    Mart 13, 2024 - 00:42

    Iddiaci Sahlar Qurbanov cox temiz isin bilen insandirki kimsenide nedese gunahlandirsin .o ozu deleduzdu.Dovletin qanunlarin saymadan yasayan sexsdir .Dovletin mehkemesinden ne umurki haqsiz ola ola .insanlarin pullarin menimseyir ,insanlar haqli ola ola Insanlar mehkemelerle hedeleyir .bir sozle deleduz adna layiq insandir .tek men yox menimkimi bir nece sexsler eziyyet cekir Bu sexse problem hell ede bilmir .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*