Avqustda 10 gün iş olmayacaqbackend

Avqustda 10 gün iş olmayacaq

Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü nəzərdə tutulmadığından qeyri-iş günləri yalnız həftəsonlarına təsadüf edəcək.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, belə ki, beşgünlük iş həftəsi ilə çalışanlar üçün avqust ayında ümumilikdə 10 qeyri-iş günü və 21 iş günü olacaq. İstirahət günləri şənbə və bazar günlərinə – 1-2, 8-9, 15-16, 22-23 və 29-30 avqust tarixlərinə düşür.

Altıgünlük iş həftəsi tətbiq olunan müəssisələrdə isə ay ərzində 5 qeyri-iş günü nəzərdə tutulur. Bu halda istirahət yalnız bazar günlərinə təsadüf edir.

Beləliklə, avqust ayında əlavə rəsmi tətil və ya bayram günü olmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*