“Avqustun 20-də səhər Laçın, Sus və Zabuxda elektrik enerjisi kəsiləcək”.
KONKRET.az xəbər verir ki, bu barədə Zabuxun qondarma icma başçısı, livanlı Andranik Çavuşyan “24News” telekanalına müsahibəsində bildirib.
O deyib ki, avqustun 20-də səhər Laçın, Sus və Zabuxda elektrik enerjisinin verilişi dayandırılacaq.
Bu vaxta qədər erməni işğalçıları bu yaşayış məntəqələrini tərk etməlidirlər.
Xatırladaq ki, bundan əvvəl Çavuşyan “Döyüşmək, türkləri kəndə buraxmamaq, uşaqlar ilə birlikdə ölmək” sözləri ilə and içmişdi.
Xuraman Etibarlı,
KONKRET.az
