Avropa ABŞ-dan asılılığını azaltmalı və əvəzində NATO-nun Avropa sütununu gücləndirməlidir.
KONKRET.az xəbər verir ki, bu sözləri Çexiya prezidenti Petr Pavel bildirib.
Brüggedə Avropa Kollecində yeni tədris ilinin açılış mərasimində çıxış edən Pavel, deyib:“NATO-nun təhlükəsizlik təminatçısı kimi dominant rolu artıq Avropanın öz müdafiə öhdəliklərinə laqeyd yanaşması anlamına gəlməməlidir”.
“Birləşmiş Ştatlardan asılılığın azaldılması və Avropanın strateji alətlərinin inkişafı bizim transatlantik tərəfdaşlığımıza töhfə kimi qəbul edilməlidir. Çox güman ki, biz müdafiə xərclərinin 2 faizindən kənara çıxmalı olacağıq”, – Pavel deyib.
Ariz Həsənoğlu,
KONKRET.az
