Avropa İttifaqı bu ölkəyə sentyabrın sonunadək vaxt verdibackend

Avropa İttifaqı bu ölkəyə sentyabrın sonunadək vaxt verdi

Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın üzvlükdən çıxma şərtləri əks olunan müqavilədə etmək istədiyi dəyişiklikləri geri götürməsi üçün sentyabr ayının sonunadək vaxt verib.

KONKRET.az xəbər verir ki, Britaniya hökuməti bu həftə Aİ ilə yanvarda imzalanan razılaşmanın bəndlərini dəyişdirən yeni qanun layihəsini irəli sürüb. Aİ bunun münasibətlərə ciddi ziyan vurduğunu və Britaniyaya qarşı zəruri qanuni addımlar atmaqdan çəkinməyəcəyini açıqlayıb. Avropa İttifaqı Britaniyaya dəyişikliklərdən imtina etməzsə, ticarət danışıqlarının təhlükə altında qalacağı barədə xəbərdarlıq da edib.

Nazirlər Kabinetinin üzvü Maykl Qov qanun layihəsini geri götürməyəcəklərini söyləyib.

Lakin Avropa İttifaqını narahat edən əsas məsələ Boris Consonun baş nazirliyi dövründə hökumətin Daxili Bazar Qanunu ilə əlaqədar etdiyi dəyişiklikdir. Qanun layihəsi, eyni zamanda, çıxış müqaviləsinin ən vacib elementlərindən biri olan Şimali İrlandiya Protokoluna dəyişikliyi nəzərdə tutur. Bu protokol Britaniyanın üzvlükdən çıxmasından sonra İrlandiya Respublikası ilə Şimali İrlandiya arasında fiziki sərhədlərin qurulmasının qarşısını alacaq qanuni zəmanətləri əhatə edir.

Təklif olunan düzəliş Şimali İrlandiyadan Krallığa gələn mallar üçün əlavə yoxlamanı aradan qaldırmağı nəzərdə tutur. Krallıq və Aİ arasında ticarət sazişi ilə bağlı razılaşma olmazsa, bu təklif 2021-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Danışıqlardan sonra Avropa İttifaqı qanunla bağlı açıqlama verərək bildirib ki, nə Aİ, nə də Birləşmiş Krallıq bu müqaviləni birtərəfli qaydada dəyişdirə, dəqiqləşdirə, düzəldə, şərh edə, qüvvədən sala və ya tətbiqini dayandıra bilməz. modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*