“Avropa İttifaqı ölkələri bu qışı ciddi problemlərlə keçirəcəklər” – Ərdoğanbackend

"Avropa İttifaqı ölkələri bu qışı ciddi problemlərlə keçirəcəklər” - Ərdoğan

“Sanksiyalar və Putinə qarşı münasibət Avropa Birliyini qışda ciddi problemlərlə üz-üzə qoyacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Rusiyadan qaz nəqlinin azalması fonunda Avropa qışda ciddi problemlərlə üzləşəcək. Avropa öz əkdiyini biçir. Avropanın Putinə münasibəti və sanksiyaların tətbiqi vəziyyəti bu səviyyəyə gətirib çıxardı. Düşünürəm ki, Aİ ölkələri bu qışı ciddi problemlərlə keçirəcəklər”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti əlavə edib ki, Ankaranın hazırda yanacaq təchizatı ilə bağlı problemi yoxdur.

Xatırladaq ki, Bavariyanın baş naziri Markus Söder daha öncə  “Bild” qəzetinə verdiyi müsahibəsində əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin aşağı düşməsi və enerji böhranı səbəbindən Almaniyada iflas dalğasının olacağı barədə xəbərdarlıq edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*