Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini rəsmi jurnalda dərc edib. Nəşrin məlumatına görə, yeni sanksiya siyahısına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı, oğlu və qızı da daxildir.
KONKRET.az xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.
Sənəddə deyilir ki, Tatyana Navka Krım yarımadası da daxil olmaqla, bir çox bölgələrdə şirkətlərin və aktivlərin ortaq sahibidir.
Aİ-nin fikrincə, o, “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmağa və ya təhdid etməyə yönəlmiş hərəkətləri dəstəkləyir”.
Sanksiya siyahısına Yelizaveta Peskova və Nikolay Peskov da daxil edilib.
Roman Göytürk,
KONKRET.az
