“Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi-iqtisadi və enerji sahəsində əməkdaşlıq yeni mərhələyə keçir. İlk növbədə regionda dəyişən geosiyasi nizam, həmçinin Qərblə Rusiya arasında konfontrasiya Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə diqqətini daha da artıb. Təbii ki, burada əsas məsələ Azərbaycanla əməkdaşlığın yüksək səviyyədə olmasından keçir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Avropa İttifaqı Qarabağ müharibəsindən sonra Ermənistan və Gürcüstana iki milyard, Azərbaycana isə simovlik olaraq üç milyon avro vəsait ayırmışdı. Təbii ki, bu, Brüsselin Azərbayacana qarşı ədalətsiz və təzyiq siyasəti idi: “Rəsmi Bakının etirazlarına baxmayaraq Brüssel qərarını dəyişmirdi. Rusiyanın Avropaya qarşı enerji siyasətində təzyiqləri İttifaqın Azərbaycana diqqətinin artırmasına səbəb oldu. Avropa İttfaqı Azərbaycandan qaz tədarükünü artırmaq və Türkmən qazının ölkəmiz üzərindən tranzitinə nail olmağı planlayır. Bu baxımdan Azərbaycanla əlaqələri inkişaf etdirmək Brüsselin əsas strateji siyasətidir. Məhz bu konteksdə Avropa İttifaqı öz səhv qərarını düzəldərək Azərbaycana iki milyard avro yardımı ayırdı”.

Politoloq əlavə edib ki, bundan sonra iki tərəf arasında “Hərtərəfli Çərçivə” sazişinin bağlanması tezliklə reallaşa bilər: “Bu, Azərbaycanın regionda geosiyasi mövqelərini gücləndirəcək. Avropa İttifaqı ilə yüksək əlaqələrin inkişafını dəstəkləyir və bu il ərzində hərtərəfli çərçivə sazişinin bağlanmasını labüd hesab edirik”.
Müşviq Tofiqoğlu
KONKRET.az
