“Avropa İttifaqını rekord qiymət şoku gözləyir” – Analitiklərdən İLGİNC PROQNOZbackend

“Avropa İttifaqını rekord qiymət şoku gözləyir” – Analitiklərdən İLGİNC PROQNOZ

“Avropa İttifaqı ölkələri Rusiya neftinə tətbiq edilən embarqoya görə şok qiymətlər və artan inflyasiya ilə üzləşə bilər”.

KONKRET.az “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, bu fikri Avropanın “Bruegel” analitik mərkəzinin rəhbəri Guntram Wolf səsləndirib.

Ekspertin proqnozuna görə, yüksək neft qiymətlərindən Avropa İttifaqındakı şirkətlər və əhali əziyyət çəkəcək. Eyni zamanda inflyasiya artmaqda davam edəcək, vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşəcək.

Wolf hesab edir ki, Avropa hakimiyyət orqanlarının yanacağa endirimlər etməsi, vergilərin azaldılması və subsidiyaların verilməsi, bir sözlə iqtisadi böhranın təsirlərini yumşaltmaq cəhdləri dövlət borcunun artmasına səbəb olacaq.

Xatırladaq ki, Avropa İttifaqı Şurası anti-Rusiya sanksiyalarının altıncı paketini təsdiqləyib.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bildirib ki, Avropa ölkələri rekord həddə yüksələn enerji qiymətləri səbəbindən hər il 250 milyard avrodan artıq pul ödəməli olacaqlar. Rusiya isə mümkün itkilərini enerji qiymətlərini artırmaqla kompensasiya edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*