Avropa Komissiyasının rəhbəri İsrailin planlarını kəskin pislədibackend

Avropa Komissiyasının rəhbəri İsrailin planlarını kəskin pislədi

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İsrail hökumətinin E1 qəsəbə layihəsi çərçivəsində tikinti tenderləri elan etmək qərarını qəbuledilməz adlandırıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb. Ursula fon der Lyayen vurğulayıb ki, onlar bu addıma qarşı uzun müddətdir ki, mövqe sərgiləyirlər.

Onun sözlərinə görə, bu qərar İordan çayının qərb sahilini parçaladığı və Fələstin ərazilərinin ərazi bütövlüyünü pozduğu üçün iki dövlətli həll prinsipini təhlükə altına qoyur.

Avropa Komissiyasının rəhbəri əlavə edib ki, onlar iki dövlətli həll əsasında ədalətli və uzunmüddətli sülhün əldə olunmasına sadiqliyini davam etdirirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*