Avropa Komissiyasının sədri: “Qələbə qazananadək Ukraynanı dəstəkləyəcəyik”backend

Avropa Komissiyasının sədri: “Qələbə qazananadək Ukraynanı dəstəkləyəcəyik”

“Avropa nə qədər lazımdırsa, Kiyevin yanında olacaq və Ukrayna düşməni məğlub etməyincə yorulmayacaq”.

KONKRET.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu cümə günü Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna parlamentinə videomüraciəti zamanı bildirib.

“Bir neçə gün əvvəl, Konstitusiya Günündə siz, cənab prezident Zelenski, qələbənizin uzaqda olmadığını dediniz. Təbii ki, Putin ordusu sizin bacı-qardaşlarınızı öldürməkdə, torpağınızı işğal etməkdə, taxılınızı oğurlamaqda, şəhərlərinizi dağıtmaqda davam edir. Çox cəsarətlə müdafiə olunursunuz. Avropa nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq. Siz düşməni məğlub etməyincə rahat durmayacağıq”, – deyə fon der Leyen bildirib.

O, qeyd edib ki, beş ay əvvəl Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu alması qeyri-real görünürdü.

“Bu gün bizim bu tarixi anı, səkkiz il əvvəl Maydanda başlayan hərəkatın qələbəsini qeyd etmək imkanımız var. Siz qətiyyətlə qanunun aliliyi şəraitində demokratiyanı seçdiniz. Ukrayna bu seçimi öz xeyri üçün etdi”, – Avropa Komissiyasının rəhbəri vurğulayıb.

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının dövlət və hökumət başçıları iyunun 23-də Ukraynaya Aİ-yə namizəd ölkə statusunun verilməsi barədə qərar qəbul ediblər.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*