Avropa ölkələri Trampın hakimiyyəti dövründə müdafiə xərclərini artıracaqbackend

Avropa ölkələri Trampın hakimiyyəti dövründə müdafiə xərclərini artıracaq

NATO-nun hərbi analitikləri hesab edirlər ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin təcridçi yanaşması halında Avropa İttifaqına  üzv dövlətlər ÜDM-in 4,5%-ni müdafiəyə xərcləməlidir.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times”qəzeti yazıb. Məlumata  görə, ABŞ  Avropa ölkələrinin müdafiə xərclərini 2%-dən 3%-ə çatdırılmasına nail olmaq istəyir. Müəllif qeyd edib ki, bu baş verərsə əksər dövlətlər üçün çətin olacaq. İngiltərənin hazırda ÜDM-nin təxminən 2,3%-ni müdafiəyə xərclədiyini yazan qəzet, Avropanın digər ən böyük ölkələri Almaniya və Fransanın keçən il ÜDM-nin 2%-ni hərbi ehtiyaclara ayırmaqda çətinlik çəkdiyini, bunun London və Paris üçün problemli olacağını bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*