Avropa Parlamentinin ermənipərəst deputatı Laçın dəhlizinə GETDİ – FOTObackend

Avropa Parlamentinin ermənipərəst deputatı Laçın dəhlizinə GETDİ - FOTO

“Bu gecə Ermənistana, oradan da Laçın dəhlizinin girişinə gəldim”.

KONKRET.az xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Fransua-Ksavye Bellami tviterdə yazıb.

“Artıq iki aydır ki, Azərbaycanın “blokada” etdiyi Qarabağa yeganə yol budur. Buradan bir neçə kilometr aralıda “120 min” dinc erməni dünyadan qopmuş, hər şeydən məhrum olaraq yaşayır.

Bu nəhəng humanitar böhranla üzləşən Avropa nəhayət hərəkətə keçməlidir. Çünki bizim erməni xalqını yeni etnik təmizləmə təhlükəsi qarşısında tək qoymağa haqqımız yoxdur və əslində burada ölkələrimizin təhlükəsizliyi də təhlükə altındadır”, – deyə Bellami qeyd edib.

Qeyd edək ki, o, Qarabağı Ermənistan ərazisi göstərib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*