Avropada təhlükə: “Asiya pələngi” qitəyə xəstəlik yayırbackend

Avropada təhlükə: “Asiya pələngi” qitəyə xəstəlik yayır

Avropada iqlim dəyişikliyi səbəbindən meydana gələn isti hava dalğaları, sel, leysan yağışları Asiya pələng ağcaqanadı (Aedes albopictus) və sarı qızdırma ağcaqanadı (Aedes aegypti) növlərinin çoxalma imkanlarını artırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqına bağlı olan Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi məlumat yayıb.

Asiya pələngi ağcaqanadı şimali və qərbi Avropada daha geniş yayılıb. Bu il həmin ağcaqanadlara 13 ölkə üzrə 337 ərazidə rast gəlinib.

Asiya pələngi ağcaqanadı dang qızdırması ve chikungunya kimi xəstəliklərin daşıyıcıları hesab olunur.

Avropanın bir çox yerlərində rast gəlinən sarı qızdırma ağcaqanadı isə dang humması, sarıhumma, chikungunya, zika və  Qərbi Nil viruslarının bölgəyə yayılması riskini artırır.//Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*