Avropanın ən populyar avtomobillərinin adları AÇIQLANDIbackend

Avropanın ən populyar avtomobillərinin adları AÇIQLANDI

Tesla Model Y elektrik avtomobili 2023-cü ilin avqustunda Avropa bazarında satış lideri olub.

KONKRET.az xəbər verir ki, bu barədə JATO Dynamics tədqiqat şirkətinin hesabatında bildirilir.

Ümumilikdə, yayın son ayında Aİ-də 21,5 min Tesla Model Y elektrik avtomobili satılıb, satışlar keçən ilin avqust ayı ilə müqayisədə 208% artıb. Model bu ilin ilk səkkiz ayında da 169,4 min ədəd nəticə ilə liderliyini davam etdirir.

“Yəqin ki, ilin sonuna qədər Model Y Avropada ən populyar yeni minik avtomobili olacaq. Qeyri-Avropa modeli üçün Avropada liderlik mühüm tarixi məqamdır”, – hesabatda deyilir.

Avqust ayı üzrə satışlarda ikinci yerdə Peugeot 208, üçüncü yerdə isə Volkswagen T-Roc gəlir. Daha sonra Fiat (Abarth) 500, Dacia Sandero, Volkswagen Golf, Opel (Vauxhall) Corsa, Renault Clio və Citroen C3 gəlir. İlk onluğu 2022-ci ilin avqust ayı ilə müqayisədə satışları 307% artan Tesla Model 3 elektrik avtomobili qapayıb. Satış həcminə görə brend reytinqində ilk beşliyi Volskwagen, Toyota, BMW, Audi və Skoda formalaşdırıb.

Ariz Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*