Avstraliyada 5 mindən çox dəvə güllələndibackend

Avstraliyada 5 mindən çox dəvə güllələndi

Avstraliyada 5 mindən artıq dəvə güllələnərək öldürülüb.

KONKRET.az xəbər verir ki, buna səbəb kimi dəvələrin kənd icmalarına tez-tez hücum etməsi göstərilir. Heyvanlar helikopterlərdən atəş açılaraq öldürülüb.

Cənubi Avstraliya ştatının hökumətindən verilən açıqlamaya görə, quraqlıq və susuzluq daha çox dəvənin kəndlərə axınına səbəb olurdu. Bu axın nəticəsində yerli sakinlər qidasız və susuz qalmaq təhlükəsi ilə üzləşirlər.

Bundan başqa, dəvələr sürücülərə də təhlükə yaradır. Xəstə heyvanlar bəzən içməli su hövzələrində ölür ki, bu da həm əhaliyə, həm digər heyvanlara xəstəliklər yaradır.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*