Avstraliya Futbol Assosiasiyası şənbə gecəsi Avstraliya kubokunun final matçında nasist salamı səsləndirən və faşistlərlə bağlı mahnılar oxuyan azarkeşin davranışı ilə bağlı araşdırmaya başlayıb.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, “CommBank” stadionunda baş tutan qarşılaşmada yaşanan qalmaqallar bununla da bitməyib. Klubun tərəfdarları 1930-40-cı illərdə Xorvatiyada ifrat sağçılar tərəfindən xorvat əsilli avstraliyalılar tərəfindən oxunan “Za Dom Spremni” (“Vətənə hazırıq”) himnini ifa ediblər.

Azarkeşlər həmçinin nasist Almaniyasının bayraqlarına bənzər bəzi bayraqlar asıblar.
Rəsmiyyə Şərifova,
KONKRET.az
