“Avstraliyada yanğınların səbəbi meteoroloji silahlardan istifadədir” – RƏYbackend

"Avstraliyada yanğınların səbəbi meteoroloji silahlardan istifadədir" - RƏY

Xəbər verdiyimiz kimi Avstraliyada tarixin ən böyük və dəhşətli meşə yanğınlarından biri qeydə alınıb. Yanğınlar çoxlu tələfata səbəb olub.

Son məlumatlara görə, hadisə nəticəsində bu günə qədər 24 insan həyatını itirib, 500 milyon canlı yanıb. Bununla bərabər meşə yanğını 1200-dən çox evi yarasız vəziyyətə salıb və milyonlarla hektar ərazi külə dönüb. Son bir həftə ərzində minlərlə insan şəhərlərdən təxliyə edilib.

Yanğınlara səbəb nədir və dünya ekologiyası üçün hansı fəsadları gözlənilir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı ekoloq Telman Zeynalov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, meşə yanğınları onu göstərir ki, onlar karbon qazı ilə mübarizə aparmaq niyyətində deyillər:

“Bu varlıların oyunlarıdır ki, dünyada oynayırlar. Bildirirlər ki, guya qlobal istiləşmə gedir amma heç bir qlobal istiləşmə yoxdur, iqlim dəyişmələri var. Həmçinin iqlim dəyişmələri 30,40,50 ildən bir meydana gəlir. 21-ci əsrdə üç dəfə, iki dəfə isti, bir dəfə də soyuq havalar kimi iqlim dəyişməsi olub. Müharibə vaxtından 1972-ci ilə qədər soyuq havalar hökm sürsə də, ondan sonra havalar isinməyə doğru gedib. Amma 2003-dən sonra yenidən hava tədricən soyumağa başlayıb. Hazırda da biz soyuma prosesinə doğru gedirik. Ancaq meşə yanğınları göstərir ki, kimlərsə meteoroloji silahlardan istifadə edir. Deyirlər ki, meteoroloji silahlar yoxdur amma bu yalandır. 1977-ci ildə SSRİ-i ilə Amerika arasında müqavilə bağlanıb ki, meteoroloji silahlardan istifadə etmək olmaz. Elə o dövrdən bu proseslər gedir. İndi də bəzi alimlər deyirlər ki, heç bir silah yoxdur. Silah yoxdursa bu qərarlar niyə verilib, dünya dövlətləri niyə bu qərara imza atıblar? Bəli, dünyada baş verən yanğınların səbəbi meteoroloji silahların istifadəsidir” deyə ekoloq bildirib.

O deyib ki, atmosferdə karbon qazının artması ilə yer kürəsində yaşıllıqların miqdarı da artır:

“Çünki, onlar karbonla qidalanırlar. Hətta, insanın bədəni də 7.2% karbondur, 2.4% oksigendir. Bədəndə oksigeni hərəkət etdirən karbon qazıdır. Onlar karbon qazını tamamilə məhv etmək niyyətindədirlər. Əgər karbon qazı Yer kürəsində məhv olacaqsa,Yer kürəsi buz örtüyü ilə bağlanacaq, canlı aləm məhv olub gedəcək. Çirkin bir oyun gedir və bütün dövlətlər də buna imza atıblar. Bu yanğınlar dünya üçün çox ciddi problem olmasa da, Avstraliyanın özü üçün çox ciddi fəsadları olacaq. Bildiyiniz kimi, yanğınlar zamanı yaşıllıqlar məhv olur, vəhşi heyvanlar insanların ev-eşiklərinə hücum edərək, həyətlərdə olan heyvanları məhv edirlər. Belə olduğu halda insanlara və kənd təsərrüfatına çox ciddi ziyan dəyəcək”

Telman Zeynalov ölkəmizdə də ekoloji vəziyyəti təhlil edib:

Digər tərəfdən Azərbaycanda ekologiyanın vəziyyətinə nəzər salsaq deyə bilərəm ki, bizdə ekoloji vəziyyət başqa dövlətlərə nisbətən pis deyil. Əsas tullantıların idarə olunmasına diqqət artırılmalıdır. Tullantılar idarə olunsa, deyərdim ki, Azərbaycan ekoloji cəhətdən pis vəziyyətdə deyil. Çünki zavod, fabrik və ətraf mühiti çirkləndirən heç nə yoxdur”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*