Avtobus sürücüsü qızı müdafiə edən sərnişini döydü – VİDEObackend

Avtobus sürücüsü qızı müdafiə edən sərnişini döydü - VİDEO

Qız avtobus sürücüsündən pulun qalığını istəyərkən söyülərək təhqirlərə məruz qalıb.

KONKRET.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Ufa şəhərində baş verib.

Hadisə zamanı qızı müdafiə edən gənc oğlan isə sürücü tərəfindən döyülüb.

Maraqlıdır ki, bu sürücü artıq bir dəfə də sosial şəbəkələrin qəhrəmanı olub. Kiçik qəzaya görə həmkarı ilə yolda dava etmişdi.

Videodan da göründüyü kimi sürücü elə sükan arxasında ödədiyi pulun qalığını istəyən qızı təhqir etməyə başlayıb, hətta qıza əl uzatmağa çalışıb. Bu zaman sərnişinlərdən biri qızı müdafiə etməyə başlayıb və sürücünü adekvat olmağa çağırıb, amma sürücü onu da təhqir etməkdən çəkinməyib. Sürücü sükan arxasından qalxdıqdan sonra məlum olub ki, onunla gənc oğlan eyni çəki dərəcələrində deyillər. Məkanın məhdud olması da sürücünün xeyrinə olub və gənc müdafiəçi qızın göz yaşları altında sürücüdən yumruqlar yeməyə məcbur qalıb.

Hər iki zərərçəkən şəxs polisə müraciət edib.

Qeyd edək ki, daha əvvəl həmkarı ilə etdiyi davaya görə sosial şəbəkələrin qəhrəmanına çevrilən şəxs hələ də avtobus sürücüsü kimi çalışmağa davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*