Axtarışda olan daha bir təhlükəli terrorçu Suriya ərazisində dəqiq atəşlə MƏHV EDİLDİbackend

Axtarışda olan daha bir təhlükəli terrorçu Suriya ərazisində dəqiq atəşlə MƏHV EDİLDİ

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan daha bir təhlükəli terrorçu Təbiş Suriya ərazisində dəqiq atəşlə məhv edilib.

KONKRET.az xəbər verir ki, Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) terrorçu Təbişin İraqdan qaçaraq Suriya ərazisindəki Hasəkə şəhərində gizləndiyini təsbit edib və onu zərərsizləşdirib.

Terrorçu Təbiş 2008-ci il iyulun 27-də İstanbulun Güngörən rayonunda beşi uşaq olmaqla 18 nəfərin ölümünə, 154 nəfərin yaralanmasına səbəb olan qanlı terror aktının təşkilatçısı olub.

Terror təşkilatı sıralarına 1995-ci ildə Siirt vilayətinin Baykan rayonunda qatılıb, daha sonra Demokratik Xalq Partiyasının (DEHAP) İstanbul Əsənyurt və Bəylikdüzü rayon təşkilatlarında fəaliyyət göstərən terrorçu Təbiş həmin dövrdə PKK-nın funksiyasını yerinə yetirib. O, Güngörən terrorundan sonra isə İraqa qaçıb.

Türkiyə məhkəməsi təhlükəli terrorçu Təbiş haqqında 18 dəfə ağırlaşdırılmış iş apararaq ona 1258 il qiyabi həbs cəzası kəsib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*