AY Partiya Başqanı Türkiyədə görüşlərə başladı – FOTOLARbackend

AY Partiya Başqanı Türkiyədə görüşlərə başladı - FOTOLAR

Türkiyədə səfərdə olan Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli, Başqanın Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov və Başqanın məsləhətçisi Rza Heyət bu gün Türkiyə Böyük Millət Məclisini (TBMM) ziyarət ediblər.

KONKRET.az xəbər verir ki, AY Partiya Başqanın rəhbərlik etdiyi nümayəndə heyəti İYİ Partiyanın Mersin millət vəkili, TBMM-nin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Behic Çelikin təşəbbüsü ilə onunla görüşüb.

Anar Əsədli başqanlığındakı heyət TBMM-də İYİ Partiyanın İstanbul millət vəkili və İYİ Partiya Başqanının Türk Dünyası üzrə müavini Yavuz Ağıralioğlu ilə də bir araya gəlib.

Görüşlərdə Azərbaycan və Türkiyənin siyasi partiyalarının əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

AY Partiya Başqanı millət vəkillərinə Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanı hədiyyə edib.

Görüşlərdə Anar Əsədlini Avrasiya Tarix və Mədəniyyətlər Dərnəyinin başqanı Gürkan Kalkan, başqan müavini Ali Olqun Boydak və Avropa Qəzetçilər Dərnəyinin sədri Adnan Fişenk müşayiət ediblər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*