AY Partiya KONKRET.az-ı 3 yaşı münasibəti ilə TƏBRİK ETDİbackend

AY Partiya KONKRET.az-ı 3 yaşı münasibəti ilə TƏBRİK ETDİ

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli “Konkret.az” saytının baş redaktoru Fadil Paşayevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Dəyərli Fadil bəy!

Bu gün qısa vaxtda geniş auditorya toplamağı bacaran, hadisələrə obyektiv, qərəzsiz yanaşması ilə oxucularının sevgisini qazanan Konkret.az saytının fəaliyyətə başlamasının 3 ili tamam olur.

Yarandığı ilk gündən operativliyi, tərəfsizliyi ilə seçilən, sosial-iqtisadi problemləri işıqlandırmaqla həllinə dəstək olan, şəhidlərimizin, qazilərimizin məsələlərini daim diqqətdə saxlayan sayt qısa müddətdə izləyicilərinin vaz keçilməz xəbər mənbəyinə çevrilib.

Sayt artıq Azərbaycan mediasında öz yerini təsdiqlədə bilib.

Dəyərli Fadil bəy!

Siz başda olmaqla, Konkret.az ailəsini saytın fəaliyyətə başlamasının 3-cü ildönümü münasibətilə təbrik edir, saytın uzunömürlü, oxunaqlı olmasını diləyir, daha böyük uğurlar arzulayıram”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*