Aynişan polisə getdi: “Artıq anamdan belə…” – XƏBƏRDARLIQbackend

Aynişan polisə getdi: “Artıq anamdan belə...” - XƏBƏRDARLIQ

Əməkdar artist Aybəniz Haşımovanın qızı, tanınmış bloqer Aynişan Quliyeva dələduzluqla bağlı şəxsi “Instagram” hesabında ciddi xəbərdarlıq yayıb.

KONKRET.az yenisabah.az-a istinadla xəbər verir ki, o, sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirib ki, onun adından istifadə edilərək “Telegram” vasitəsilə tanışlarından, hətta anası Aybəniz Haşımovadan belə pul alınıb:

“Telegramda mənim adımı istifadə edərək tanışlarımdan və hətta anamdan belə pul alan bir dələduz var! Bu adam mən deyiləm! Zəhmət olmasa, belə bir mesaj alsanız – inanmayın, pul göndərməyin, mütləq mənimlə birbaşa əlaqə saxlayın.”

Blogerin paylaşımından aydın olur ki, həmin şəxs onun adından insanlara yazaraq maddi vəsait tələb edib və bu yolla etibar qazandığı şəxsləri aldadıb. Aynişan Quliyeva bu şəxs tərəfindən anasının da aldadıldığını qeyd edib və bildirib ki, həmin şəxs onların şəxsi həyatına dair detalları dəqiq bilir:

“Bu insan  kimdirsə bizi çox yaxşı tanıyır.  Anamın yanında olmadığım anı dəqiq bilir. Milananın daim onun yanında olduğunu da. Və ən önəmlisi — anamın bir sözümə inanaraq istənilən məbləği göndərəcəyini də bilir. Hal-hazırda polis bölməsindən yeni çıxmışıq. Rəsmi ərizə ilə müraciət etmişik və həmin şəxs artıq axtarışa verilib.
Səni mütləq tapacağıq. Və artıq burda məsələ pul deyil!”

Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və dələduzun tapılması üçün rəsmi axtarış elan edilib.

Aynişan Quliyeva izləyicilərini belə hallarda ehtiyatlı olmağa çağırıb və xahiş edib ki, heç bir halda onun adından gələn şübhəli mesajlara inanılmasın, pul göndərilməsin və bu cür situasiyada onunla birbaşa əlaqə saxlanılsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*