Aprelin 17-də ağır qəzaya düşən aparıcı Aytən Səfərova uzun müddət sonra ilk dəfə görüntülənib.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, o, Təhsil Nazirliyinin Milli Mətbuat Günü ilə bağlı keçirdiyi tədbirdə iştirak edib.
Xatırladaq ki, aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobil eyni markalı digər maşınla toqquşaraq aşıb. Nəticədə aşan avtomobil yol kənarında olan “KIA Soul” markalı maşına çırpılıb.
Hadisə zamanı bir nəfər ölüb, Aytən Səfərova da daxil olmaqla bir neçə nəfər xəsarət alıb.