Polşanın GROM xüsusi təyinatlı qüvvələrinin hərbçiləri təxribatların qarşısını almaq məqsədilə keçirilən polis əməliyyatına cəlb olunmaq üçün Kalininqrad vilayəti ilə sərhədə göndəriliblər.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
“Bu əraziyə polis, sərhəd xidməti və antiterror bölmələrinin əhəmiyyətli qüvvələrinin göndərilməsi barədə qərar qəbul etmişik”, – o bildirib.
Tusk bu addımın Polşa və xarici xüsusi xidmət orqanlarının mümkün təxribat və diversiyalar barədə məlumatlarına əsaslandığını bildirib.
Polşa mətbuatı yazır ki, Tuskun antiterror qüvvələri adlandırdığı GROM xüsusi təyinatlıları Rusiya ilə sərhəddə vəziyyəti müşahidə edəcək.
